BolgeXeber.Com » Ölkə » Mal-qaranı oğurlayıb qayınanasının evində gizlətdi

Mal-qaranı oğurlayıb qayınanasının evində gizlətdi

1-08-2022, 19:30
Oxunub: 3 032 Göygöldə mal-qara oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyul ayı ərzində rayonun Kərəmli kəndindən vətəndaşlara məxsus iribuynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən rayonun Hacıməlik qəsəbə sakini Ramin Yusibov saxlanılıb.

Belə ki, o, vətəndaşa məxsus, ümumi dəyəri 10 000 manat olan altı baş iribuynuzlu mal-qaranı kənd ərazisindəki otlaq sahədən oğurlayaraq Gəncə şəhərində yaşayan qayınanasının evində gizlədib.

Bundan başqa, saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha bir cinayət əməli aşkar olunub. Belə ki, R.Yusibov Kərəmli kəndindəki otlaq sahədən daha bir vətəndaşa məxsus, ümumi dəyəri 2 000 manat olan iki baş iribuynuzlu mal-qaranı oğurlayaraq satıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib, faktla bağlı araşdırmalar davam etdirilir.