BolgeXeber.Com » Ölkə » Bu gün Laçında şəhid olan əsgərimizin FOTOSU

Bu gün Laçında şəhid olan əsgərimizin FOTOSU

3-08-2022, 13:18
Oxunub: 2 808 Bu gün şəhid olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkir rayonundadır. 

Bolgexeber.com xəbər verir ki, Anar Kazımov 2004-cü ilin fevralın 16-da rayonun Qaracəmirli kəndində doğulub. O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb

Hazırda doğulduğu rayonda şəhidin dəfni ilə bağlı hazırlıq işləri görülür. Anar Kazımovun nəşinin nə vaxt rayona gətiriləcəyi hələ ki məlum deyil.
Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Allah rəhmət eləsin!