BolgeXeber.Com » Ölkə » “Meyvəli bazarı”nda şort qadağası: “Hamının anası-bacısı var” - FOTO
“Meyvəli bazarı”nda şort qadağası: “Hamının anası-bacısı var” - FOTO
3-08-2022, 15:30
Oxunub: 3 720
Sosial şəbəkələrdə Bakının Lökbatan qəsəbəsində yerləşən "Meyvəli bazarı”na şort geyinən şəxslərin girişinin qadağan olunmasını əks etdirən foto paylaşılıb.
Bazarda yerləşdirilmiş elan geniş müzakirələrə səbəb olub və belə bir qadağanın qoyulması sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb.
Bolgexeber.com xəbər verir ki, Modern.az-ın əməkdaşı "Meyvəli bazarı”nın direktoru Anar Novruzovla əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirib.
O, müzakirələrə yol açan elanın doğru olduğunu təsdiqləyib. A.Novruz bildirib ki, bazar ictimai yer olduğundan belə geyimlə bura gəlmək yolverilməzdir:
"Bəzən çimərlik paltarında bazara gəlirlər. Belə hal yolverilməzdir. Azərbaycanlıyıq, hamımızın anası-bacısı gəlir bazara. Kiminsə elə geyinməsi yaxşı hal deyil. Dənizdən alt paltarında çıxıb bura gələnlərin qarşısını almaq üçün bu bildirişi asmışıq. Elə də ciddi məsələ deyil”.
Qeyd edilib ki, şort qadağası yalnız kişilər üçün nəzərdə tutulur.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər