BolgeXeber.Com » Ölkə » Şimşək çaxacaq, intensiv yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Şimşək çaxacaq, intensiv yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

11-10-2022, 17:33
Oxunub: 2 496 Bakıda və Abşeron yarımadasında oktyabrın 11-i gün ərzində şimal-qərb küləyi arabir 15-20 m/s olacaq.
Bolgexeber.com ETSN-in Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 11-i gündüzdən 13-ü səhərədək bəzi şərq rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.
Qərb küləyi 11-i və 12-si gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.