BolgeXeber.Com » Ölkə » Bakıda sürət qatarı kişini vurub öldürdü

Bakıda sürət qatarı kişini vurub öldürdü

12-10-2022, 09:59
Oxunub: 2 096 Bakıda sürət qatarı adamı vuraraq öldürüb.
Hadisə Keşlə dəmir yolu stansiyasında qeydə alınıb. Maşinist Mahir Ağayev və maşinist köməkçisi Pirverdi Həbibovun idarə etdiyi, Sərnişin Daşıma Departamentinə məxsus “Stadler- EŞ- 019” saylı Biləcəri- Keşlə-Bakı istiqamətində hərəkət edən sürətli elektrik sərnişin qatarı dəmiryolunu keçən Araz Məmmədovu vurub. Araz Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.