BolgeXeber.Com » Ölkə » Bəzi yerlərdə intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA

14-10-2022, 16:12
Oxunub: 2 424 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 14-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış, Şahdağda qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, düşən yağıntının miqdarı: Zaqatalada 21.0 mm, Qaxda 20.0 mm, Lənkəranda 18 mm, Astarada 14.0 mm, Lerikdə 13.0 mm, Balakəndə 12.0 mm, əksər rayonlarda 9.0 mm-dək , Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 15.0 mm (aylıq normanın 56 %-i), Maştağa, Binədə 6.0 mm, Pirallahıda 5.0 mm, Bakıda 4.0 mm olub.