BolgeXeber.Com » Ölkə » Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

17-10-2022, 12:49
Oxunub: 2 320 Azərbaycan əhalisinin sayı açıqlanıb.

Bolgexeber.com-un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 42 274 nəfər və ya 0,4 faiz artaraq sentyabrın 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.