BolgeXeber.Com » Ölkə » Siyəzəndə mikroavtobus aşıb - Xəsarət alanlar var

Siyəzəndə mikroavtobus aşıb - Xəsarət alanlar var

12-10-2022, 10:58
Oxunub: 1 648 Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.
Hadisə Bakı-Quba yolunda, rayonun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.
Hazırda yaralıların kimliyi və hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.