Ağdaşda narkotik əməliyyatı - Saxlanılanlar var
17-11-2022, 10:05
Oxunub: 2 192
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib, son 20 gün ərzində 9 nəfər tutularaq istintaqa təhvil verilib.
Bu barədə Bolgexeber.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı üzərində külli miqdarda ağır təsiredici narkotik vasitə daşımaqda şübhəli bilinən Kəyyam İsayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 650 qrama yaxın heroin aşkar edilərək götürülüb. K.İsayev ifadəsində həmin narkotiki Bakı şəhərində başqa ölkə vətəndaşından 1000 manata aldığını bildirib.
Şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə daha 8 nəfər rayon sakini-Əkbər Hüseynov, Orxan Əliyev, Qadir Məmmədov, Nüsrət Səfərov, Pərvin Quliyev, Tofiq Qurbanzadə, Qədir Hacıyev və Tehran Əhmədov saxlanılıb. Onların üzərindən və yaşadıqları ünvanlardan müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, o cümlədən heroin, marixuana və metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər