BolgeXeber.Com » Mədəniyyət » Tənha yaşayan 81 yaşlı tanınmış aktyorumuz vəfat etdi...

Tənha yaşayan 81 yaşlı tanınmış aktyorumuz vəfat etdi...

2-05-2016, 11:10
Oxunub: 6 062 Tənha yaşayan 81 yaşlı tanınmış aktyorumuz vəfat etdi...Tanınmış aktyor Məcnun Hacıbəyov vəfat edib

Bolgexeber.com ölkə.az-a istinadən bildirir ki, bu barədə jurnalist İradə İsaq sosial şəbəkədə yazıb:

"Gözəl aktyor Məcnun Hacıbəyov dünyasını dəyişdi. 2012-ci ildə ATV kanalında "Sönməyən ulduzlar" verilişində bütün etiraflarını mənə etmişdi. Ölümündən də danışmışdı. İndi yüksək vəzifədə olan oğlunun atasının kasıb komasını çəkməyim xoşuna gəlməmişdi. Amma nə isə... Çox gözəl veriliş idi".

Xatırladaq ki, 81 yaşlı əməkdar artist ömrünün qırx ildən çoxunu Azərbaycan teatrına həsr etmişdi. 2010-cu ildə işlədiyi Azərbaycan Dövlət Dram Teatrından küsərək doğulduğu İkinci Nügədi kəndinə qayıtmışdı.Qeyd edək ki, aktyor ata yurdu olan Qubada 17 il idi ki, tənha yaşayırdı. Aktyor ömrünün sonlarında ciddi ürək xəstəliyi ilə üz-üzə qalmışdı.

Xatırladaq ki, bir müddət bundan öncə müsahibə verən aktyor səhhətinin ağır olduğunu bildirmişdi.