Aqil Abbasdan kəndçi qalmaqalına reaksiya: - “Hansısa bir düşük...”
26-04-2018, 17:08
Oxunub: 3 997
Son günlərdə yenə rayonlu-şəhərli söhbətləri gündəmdə gətirilir.
Bir müddət əvvəl Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri olan Lala Babayevanın "kəndçilər Bakıya gəlməsəydi, metro təmiz, rahat olardı” şərhi də sosial şəbəkədə birmənalı qarşılanmadı və ciddi etirazlara səbəb oldu.
Aydın məsələdir ki, bu tip müzakirələr, söhbətlər nə ilkdir, nə də son olacaq. Görəsən, ayrıseçkiliyə səbəb nədir?
Bolgexeber.com bildirir ki, "Yenicag.az"-a açıqlama verən millət vəkili Aqil Abbas bildirib ki, bu tip söhbətlər bizim bərabərliyimizi poza bilməz:
"Hansısa bir düşük, mənasız sözə əhəmiyyət vermək lazım deyil. Bir uşaq sözdü deyib, deyib də… Hərdən belə şeylər olur. Bir adamın dediyi sözlə birliyimiz pozulmur ki. Heç mən bilmirəm, şəhərli yoxsa kəndliyəm. 48 ildir ki, Bakıda yaşayıram. Uşaqlarım Bakıda dünyaya göz açıb. İndi onlar ağcabədilidir, bakılıdır, yoxsa ağdamlı? Mənasız adamların mənasız sözlərini şişirtməyə dəyməz. Əvvəllər də belə söhbətlər olub. Bjnlara cavab vermək, alovun üzərinə benzin tökməkdir”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər