"Qarabağın məşhur müəllimləri" - Xarrat Qulu
16-12-2020, 16:23
Oxunub: 552
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Şuşada musiqi məktəbinin yaradıcısı, məşhur musiqişünas Xarrat Qulu Məhəmməd oğludur.
Bolgexeber.com xəbər verir ki, o, 1823-cü ildə Şuşada anadan olub.
Xarrat Qulunun təşkil etdiyi musiqi məktəbində 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. O, bir müəllim kimi öz məktəbinə gözəl səsi olan gəncləri cəlb edərək onlara muğamatı oxumaq qaydalarını öyrədərdi. Xarrat Qulunun musiqi məktəbi Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra ustad sənətkarlar yetişdirib. Qarabağın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu və məşhur tarzən Sadıqcan həmin məktəbin yetirmələridir. Xarrat Qulunun məktəbinə Qarabağ muğam ifaçılığı məktəbinin inkişaf tarixində mühüm bir mərhələ kimi baxmaq olar.
Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə