Bananın qiymətini kimlər qaldırır? - 30 faiz bahalaşma
27-03-2017, 16:49
Oxunub: 3 437
Novruz bayramında əksər meyvə və tərəvəzlərin qiymətinin qalxdığı müşahidə olundu
Meyvələr arasında armud və bananın daha çox bahalaşdığı diqqəti çəkirdi
Bolgexeber.com xəbər verir ki, “Marja”nın yazdığına görə, armud 3 manatdan 5.00 - 5,50 manata, banan isə Bakıda 2.50 - 2.60 manatdan 3.00 - 3.50 manata, rayonlarda isə 3 manatdan 4 manata bahalaşıb.
Bazarlarda ticarət ilə məşğul olan şəxslər sayta bildiriblər ki, bayramdan əvvəl çəkisi 18,5 kq olan bananın yeşiyi 50 manatdan 64 manata qaldırıdı (təxminən 30%). Bununla əlaqədar olaraq bananın pərakəndə satış qiyməti də artırılıb.
Banan ən çox istehlak edilən meyvələrdən biridir.
Azərbaycana banan əsasən Qvatemala və Kosta Rikadan idxal olunur.
Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, ötən il Azərbaycana Kosta Rika və Qvatemaladan 21,5 min ton - 2015-ci ildəkindən 10 faiz çox banan gətirilib.
DGK-nın hesabatında deyilir ki, 2016-cı ildə 1 kq banan 93 sentə (təxminən 1,50 manat), bir il əvvəlsə 83 sentə - ovaxtkı məzənnə ilə 90 qəpiyə rəsmiləşdirilib. Bu qiymətlərə orta hesabla 36 faiz gömrük vergi və ƏDV (cəmi 50 qəpik) də əlavə olunsa, idxalçıların əvvəlki kimi yüksək qazanc götürmədiyi bilinir. Ola bilsin ki, bu səbəbdən bananın bu ildən topdansatış qiyməti qaldırılıb.
Bunu da qeyd edək ki, manat dəyərsizləşsə də, pərakəndə ticarətdə bananın qiyməti son iki ildə, demək olar, dəyişməmişdi. Dövlət Statistika Komitəsi (DSK) monitorinqinin nəticələrinə görə, ötən il ərzində qiymətlər 2 manat 75 qəpiklə 2 manat 40 qəpik arasında dəyişib. Manatın məzənnəsi dollardan yüksək olduğu dövrdə də banan təxminən bu qiymətə satılırdı.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər