BolgeXeber.Com » İqtisadiyyat » ƏMDK Avropa ölkələrinin təcrübəsindən geniş yararlanır

ƏMDK Avropa ölkələrinin təcrübəsindən geniş yararlanır

17-12-2018, 10:43
Oxunub: 2 088 ƏMDK Avropa ölkələrinin təcrübəsindən geniş yararlanırƏmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaq üçün Avropa ölkələrinin təcrübəsindən yararlanır

Bu məsələnin həlliüçün müvafiq mexanizmlərin tətbiqi ilə əlaqədarAvropa İttifaqının Ekspert Missiyası Azərbaycanaİşgüzar səfərə gəlib. İşgüzar səfər Avropa İttifaqının TAIEX proqramı çərçivəsində baş tutub.
Əmlak Məsələləri Dövlət Komitəsində Avropa İttifaqının ekspertlərindən olanBenedettoFrancescoBallatorevə MilenKyuchukovun iştirakı ilə tədbir keçirilib. Tədbirin məqsədibu sahənin həlli ilə bağlı qarşılıqlı əməkdaşlıq, birgə təcrübə mübadiləsinin aparılması, əhəmiyyətli layihələrin həyata keçirilməsidir. Həmçinin tətbiq edilən mexanizmlər, müasir dövrün tələblərinə uyğun istifadə olunan yeniliklər barədə məlumatlanmaq, mövzu ətrafında müzakirələrin aparılması da əsas vəzifələrdəndir.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin torpaqlardan səmərəli istifadəyə nəzarət, təyinatına zidd istifadə və tamamilə istifadəsiz saxlanması hallarına qarşı mübarizə sahəsində verdiyi tapşırıqların icrası məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq reydləri və monitorinqləri aparılır.Bu nəzarət tədbirlərinin əsas vəzifəsi torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadə, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsinin bərpasıdır. Habelə, hektarlarla torpaq sahələrinin mülkiyyətçilər tərəfindən istifadəsiz saxlanması, hüquqi sənəddə göstərilən torpaq ölçüsündən artıq torpaqların özbaşına zəbti hallarına qarşı tədbirlərin görülməsidir.
Aparılan monitorinq və reydlər nəticəsində torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, kateqoriyasının özbaşına dəyişdirilməsi faktları üzə çıxarılır.Məlum olur ki, bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə götürülüb, lakin istifadə edilmir və boş saxlanılır. Bu isə kənd təsərrüfatına yararlı torpaq sahəsinin məhsuldarlığını aşağı salır. Həyata keçirilən monitorinqlər də məhz uzun müddət iqtisadi dövriyyədən kənarda qalmış torpaqların yenidən istifadəyə cəlb edilməsinə yönəlib.
Komitə kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaq üçün müxtəlif ölkələrin təcrübəsindən istifadə etməkdədir. Bu sahədə nəzarət tədbirləri beynəlxalq prinsiplərə uyğun olaraq effektiv aparılır. Həyata keçiriləcək qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsinin aparılmasıkənd təsərrüfatı təyinatlı torpaqların daha səmərəli istifadə edilməsinə imkan verəcək, nəzarət tədbirləri daha təkmil olacaq.
Tədbirin əhəmiyyətinə toxunan avropalı ekspertlər isə bildiriblər ki, qarşılıqlı əməkdaşlıq torpaq fondunda istifadəsiz saxlanılan kənd təsərrüfatı təyinatlı ərazilərin həcminin azalmasına, nəzarət tədbirlərinin daha intensiv metodlarla, avtomatlaşdırılmış mexanizmlərlə aparılmasına imkan verəcək.
Kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaqla yanaşı, onların özəlləşdirilməsi, konsolidasiyası, texnogençirklənmədən sonra korlanmış torpaqların yenidən bərpası kimi aktual məsələlər ətrafında müzakirələr aparılıb, təqdimatlar olub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar avropalı ekspertlər tərəfindən cavablandırılıb. Qeyd olunmalıdır ki, bu kimi tədbirlərin təşkili gələcək illərdə də davam etdiriləcək.
Bolgexeber.com
ƏMDK Avropa ölkələrinin təcrübəsindən geniş yararlanır
ƏMDK Avropa ölkələrinin təcrübəsindən geniş yararlanır