BolgeXeber.Com » Fotoqalereya » Bu qız "Dünya gözəli" seçildi - FOTOLAR

Bu qız "Dünya gözəli" seçildi - FOTOLAR

17-03-2022, 18:25
Oxunub: 3 104 Ötən gün 70-ci "Miss World 2021”(Dünya gözəli - 2021) beynəlxalq gözəllik müsabiqəsinin finalı baş tutub.

Bolgexeber.com xəbər verir ki, Puerto-Rikonun San-Xuan şəhərində keçirilən mötəbər tədbirdə "Miss World 2021” adını polşalı Karolina Belyavska qazanıb. 

22 yaşlı modelə tacını "Miss World-2019”un qalibi Toni-Enn Sinqx təqdim edib. İkinci yerə Amerika Birləşmiş Ştatlarından olan Şri Sayni, 3-cü yerə isə Kot d`İvuardan olan Oliviya Yayse sahib çıxıb.

Qeyd edək ki, Karolina mühəndislik üzrə ali təhsil alıb.