BolgeXeber.Com » Gündəm » Şamaxıda: “təvazökar” başçının yeni villaları-VİDEO

Şamaxıda: “təvazökar” başçının yeni villaları-VİDEO

29-03-2016, 13:59
Oxunub: 8 862 Şamaxıda: “təvazökar” başçının yeni villaları-VİDEOŞamaxı rayon icra başçısı Asif Ağayev rayonun Nağaraxana kəndində özünə dəbdəbəli saray tikdirir

Prezident İlham Əliyev məmurları dəbdəbəli həyatdan uzaq olmağa, təvazökarlığa dəvət etsə də, A.Ağayev dövlət başçısının sözlərinə əhəmiyyət verməyib.Dövlət məmuru kimi min manatdan çox maaş almayan A.Ağayevin hansı vəsaitlə villa tikdirməsi qaranlıq deyil. Şamaxıdakı biznesi və büdcə pullarının mənimsənilməsi dövlət məmurunun oliqarx həyat tərzi yaşamasına şərait yaradıb.Bu barədə tia.az saytı məlumat yayıb.Bundan başqa, oğluna 150 min manata lüks maşın, aşpazına vəzifə və geniş imkanlar yaradan icra hakiminin Nağaraxana kəndində bu günə kimi çoxlu özbaşınalıqları olub.Rayonun “Kirovka” – indiki Nağaraxana kəndinin inzibati ərazisinə düşən və “Nənə bulağı” kimi məşhur olan yeganə təmiz içməli su üst-üstə 100 hektar torpaq sahəsinin naməlum şəxslər tərəfindən zəbt edilib.Kənd torpaqlarının satılması prosesi Nağaraxana kənd icra nümayəndəsi Abi Həsənovun rəhbərliyi altında icra hakimiyyəti, konkret olaraq Şamaxı rayon icra başçısı Asif Ağayev və icra başçısının müavini Qasım Qasımov tərəfindən həyata keçirilib.
Prezident İlham Əliyevin məmurlara yönəlik xəbərdarlığı, onların sadə həyat tərzi yaşamağa etdiyi çağırışı, ayrı-ayrı oliqarxlaşmış icra hakimlərinə verdiyi mesajlar habelə dostluq parkında dəbdəbəli vilların sökülməsinə verdiyi tapşırıqları görünür, A.Ağayev öz üstünə almayıb.
Əks halda Şamaxıda boş torpaq saxlamayan və burda mənəm Bağdadda kor xəlifə deyən Asif Ağayev villalarının sayını artırmaqla özünü ərəb şahzadələri ilə müqayisə etməzdi.
Mövzü ilə bağlı araşdırmalarımzı davam edəcək.
Bolgexeber.com