BolgeXeber.Com » Gündəm » Şamaxı İH başçısından BTV-yə təhqir və təhdid-VIDEO

Şamaxı İH başçısından BTV-yə təhqir və təhdid-VIDEO

30-03-2016, 17:32
Oxunub: 6 692 Şamaxı İH başçısından BTV-yə təhqir və təhdid-VIDEOəbərdən qıcıqlananan və kimlərisə öyrədib bizə hücüm elətdirən başçı niyə hər hansı sakinin şikayətini,dərdini,problemini belə tez eşitmir?

Ötən günlərdə Şamaxının təvazökar icra başçısının villaları haqqında sizə məlumat vermişdik. Məlumatda bildirmişdik ki,icra başçısının villa sevdası bitib,tükənmək bilmir,ona görə də nağaraxana kəndini də zəbt edərək orada villalar tikdirir.
Bu gün isə bu məsələ ilə əlaqədar televiziyaya İcra başçısının qohumu olan Fəqan adlı şəxs zəng vuraraq bu metarialı hazırladığımız üçün bizi təhdid etdi...Bununla ürəyi rahatlanmayan bu şəxs bir qədər də irəli gedərək btv.az-ın şəxsi facebook səhifəsinə təhqir dolu ifadələr yazıb.

Araşdırmamız nəticəsində məlum oldu ki,bu şəxs Sabirabad rayonunun polis şöbəsində polis zabitinin övladıdır.Həmin şəxs isə Asif Ağayevin bacanağıdır.
Göründüyü kimi o yazdığı mesajlarda orada villanın olması xəbərini təkzib edir lakin bulaq ətrafinin zəbt olunduğunu da inkar etmir.
Belə bir yerdə "soğan yeməmisənsə için niyə göynəyir?"misalı tam yerinə düşür.Xəbərdən qıcıqlananan və kimlərisə öyrədib bizə hücüm elətdirən başçı niyə hər hansı sakinin şikayətini,dərdini,problemini belə tez eşitmir?Əlbəttə Prezidentin tapşırığını eşitməyən bir başçının sakinlərin şikayətini eşidə bilməsi hər halda gülünc olar.
Cənab başçı nəzərinizə çatdırırıq ki, biz xalqın verdiyi məlumatı işıqlandırmışıq ,unutmayın ki,xalq heç vaxt səhv etmir!Çünki xalqın gözü tərəzidir!
Qeyd edək ki,BTV-yə olunan bu təhqir və təhdidlərə görə artıq btv rəhbərliyi aidiyyatı qurumlara müraciət etdiyini bildirib.
Bolgexeber.com