Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
27-02-2023, 12:20
Oxunub: 2 728
Bakıda Yasamal rayonu ərazisində kütləvi şəkildə fərdi evlərin söküntüsünə başlanacaq. Söhbət Alatava 1 qəsəbəsindəki fərdi yaşayış evlərindən gedir.
Bolgə.TV xəbər verir ki, təqribən 8 hektar ərazidə yerləşən fərdi evlər söküldükdən sonra yerində hündürmərtəbəli binalar inşa olunacaq.
Fərdi evlərin söküntüsünü icra edən şirkət rəsmiləri işlərə başlamaq üçün sakinlərlə razılığa gəlməlidir. Sakinlərdən evlərini tərk etmək üçün isə 1500-2000 manat kompensasiya təklif edildiyi bildirilir.
Razılıq əldə olunacağı təqdirdə istəkdən asılı olaraq sakinlərə yeni tikiləcək 12 mərtəbəli binalarda öz evlərinin sahəsindən 20 kvadrat metr əlavə sahəsi olan mənzillər veriləcək. Bunun üçün onlara inşaat işləri gedən zaman 500 AZN kirayə pulunun da veriləcəyi deyilir. Eyni zamanda fərdi evlərinə görə pul almaq istəyən vətəndaşlara isə kompensasiya təqdim olunacaq.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov da dünən jurnalistlərə açıqlamasında bildirib ki, Alatava 1 - Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz ərazidə söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərdən biri ilə razılıq əldə olunub
Çox Oxunanlar
- 18-11-2023, 18:27 : Məşhur rus killeri azadlığa buraxıldı
Dünya / Xəbərlər
- 11-11-2023, 18:52 : Zəngin cütlüklə bağlı yeni detallar üzə çıxdı
Şou-Biznes / Xəbərlər
- 25-11-2023, 17:54 : AFFA bu klubla bağlı məlumat yaydı
İdman / Xəbərlər
- 2-12-2023, 17:21 : NİİM bu sürücülərə müraciət etdi
Xəbərlər / Ölkə
- 8-11-2023, 16:52 : Laçında bu evlər təbii qazla təmin olundu
Bölgə / Xəbərlər
- 10-11-2023, 09:54 : Sülhü Rusiya istəyir, məqsədi də budur - Danilov
Gündəm / Sosial
- 17-11-2023, 18:42 : Azərbaycan və İran səfirləri nəyi müzakirə etdi?
Siyasət / Xəbərlər
- 10-11-2023, 10:22 : ABŞ rəsmisi Azərbaycanla bağlı bu suala cavab tapmadı
Gündəm / Siyasət
- 10-11-2023, 13:34 : Dilan Polatın bacısı Sıla Doğu həbsxanada dava etdi
Gündəm / Şou-Biznes
- 10-11-2023, 13:34 : Dilan Polatın bacısı Sıla Doğu həbsxanada dava etdi
Gündəm / Şou-Biznes