BolgeXeber.Com » Müsahibə-Reportaj » “Mən “Azadliq” qəzetini bağişlamayacam”

“Mən “Azadliq” qəzetini bağişlamayacam”

5-07-2012, 16:00
Oxunub: 3 979 “Azadlıq” qəzeti Bakı Metropoliteninin rəisi Tağı Əhmədova mənəvi zərər əvəzi oplaraq 30 000 AZN təzminat ödəməlidir. Yasamal rayon Məhkəməsi iyunun 13-də belə qərar qəbul edib

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetini defamasiyaya görə məhkəməyə vermişdi. İddiaçı məhkəmədən qəzetin üzərinə təkzib vermək və 200 000 AZN təzminat ödəmək vəzifəsi qoyan qərar çıxarmağı xahiş etmişdi.
Yasamal Məhkəməsinin hakimi Elçin Qurbanov metropoliten rəisinin iddiasını qismən təmin edib. Məhkəmə qərarına görə, “Azadlıq” qəzeti 8 aprel 2012-ci il sayında çap etdiyi “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli yazıdakı bilgiləri təkzib etməli, bu yazıdan mənəvi zərər görən Tağı Əhmədova 30 000 AZN təzminat ödəməlidir.

Maraqlıdır, özü də yazı-pozu adamı olan, Tağı Sadiq imzası ilə şeirlər yazan, bir sıra şair və yazıçıların kitabının çap olunmasında xeyriyyəçilik etmiş Bakı Metropoliteninin rəisi “Azadlıq” qəzetini bağışlaya bilərmi?

Modern.az saytının əməkdaşı bu suala cavab almaq üçün Tağı müəllimlə əlaqə saxlayıb. Metropoliten rəisi saytımıza açıqlamasında suala konkret olaraq “YOX!” deyə cavab verib.

“Qəzet vaxtında təkzib verərdi, gələrdi üzr istəyərddi. Bir də ki, siz niyə elçi düşürsünüz, qəzetin öz müxbiri yoxdurmu? Mən bu addımı fikirləşib atmışam, elə-belə göydəndüşmə iddiam olmayıb”-deyə T.Əhmədov vurğulayıb.