BolgeXeber.Com » Müsahibə-Reportaj » Səbinə Babayevanın nişanlısından açıqlama gəldi

Səbinə Babayevanın nişanlısından açıqlama gəldi

14-09-2012, 13:45
Oxunub: 4 972 “Səbinə ilə aramızda olan yaş fərqi mənim üçün müsbət enerji kəsb edir. Bu, mənə çox xoşdur. Səbinə 1979-cu ildə, mən isə 1985-ci ilə dünyaya göz açmışam”.

Bolgexeber.com-un məlumatına görə, bu sözləri AzNews.az-a açıqlamasında “Eurovision” təmsilçimiz Səbinə Babayevanın nişanlısı Cavidan Şərifov deyib. O, Səbinə Babayeva ilə tanışlıq tarixçəsini də danışıb: “Ümumiyyətlə, Səbinə Babayevanı caz ifaçısı kimi çoxdan tanıyıram. Amma Səbinə xanımın bir neçə dəfə “Eurovision” müsabiqənin seçim turlarına qatılması yaxın tanışlığımıza səbəb oldu. İki ildən çoxdur ki, onunla səmimi münasibətimiz var. Amma evlənməyimizə qərarı 6-7 ay əvvəl vermişik. Zaman keçdikcə bir-birimizi daha yaxından tanımağa başladıq, səmimi hisslər və münasibətlərin sonu yaxşı qərarla yekunlaşdı. Ona evlənmək təklifini özüm etmişəm. Yəni ki, milli adət-ənənəmizə uyğun olaraq, anamı onlara yolladım, xeyir-duasını aldı və beləliklə, ailə quracağımıza qərar verdik”.

Təzə bəy onu da qeyd edib ki, toy üçün xüsusi, qeyri-adi heç nə hazırlamayıblar:

“Sırf milli adət-ənənələrimiz uyğun toy olacaq. Toyun aparıcılarını hələ dəqiqləşdirməmişik. Amma toya Azərbaycanın məşhur mədəniyyət və incəsənət nümayəndələrini dəvət etmişik. Bəy və gəlin paltarı sifariş olunub”.

Cavidan Şərifov KİV-ın toyu işıqlandırılmasını istəmədiyini və buna görə, özü jurnalistlərin iştirakına qadağa qoyacağını söyləyib: “Şəxsi həyatıma müdaxilələri sevmirəm, bunu müsbət qarşılamıram. Amma pis də qəbul etmirəm. Həyatımda olan xüsusi bir gündür ki, orada hər ikimizin ailələri toplaşacaq və bu baxımdan jurnalistlərin orada olması narahatçılıq yaradar. Ona görə də, toy keçiriləcək şadlıq sarayının yerini gizli saxlayırıq”.

Qeyd edək ki, cütlüyün toyu sentyabrın 26-da paytaxt restoranlarının birində baş tutacaq.