ABŞ səfirliyi qarşısında aksiya
17-09-2012, 15:30
Oxunub: 3 928
Dindarlar bədnam filmə etiraz etdi
Bu gün saat 15:00 radələrində ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında bir qrup dindar, eləcə də Azərbaycan İslam Partiyasının üzvləri aksiya keçirib. Aksiyada ABŞ-da çəkilən “Müsəlmanların məsumiyyəti” adlı filmdə Məhəmməd peyğəmbərin təhqir olunmasına etiraz şüarları səsləndirilib, ABŞ-ın Azərbaycandakı səfirliyinin fəaliyyətinin dayandırılması tələb olunub.
Hadisə yerində olan polis əməkdaşları aksiya iştirakçılarının səfirliyə hücum etməsinin qarşısını alıb. Polislə toqquşmada bir neçə dindar saxlanılıb. Hazırda da səfirliyin ətrafında qrup şəklində olan dindarların ərazidən uzaqlaşdırılması üçün polis əməliyyat tədbirlərini davam etdirir. Səfirliyin bütün ətrafı hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb, təhlükəsizlik tədbirləri gücləndirilib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes