BolgeXeber.Com » Müsahibə-Reportaj » Deputatdan müharibə çağırışı

Deputatdan müharibə çağırışı

1-10-2012, 14:05
Oxunub: 4 171 Fəzail Ağmalı: "Danışıqlar dayandırılsın, müharibə başlasın"

AVP sədri Fəzail Ağamalı Milli Məclisdə çıxış zamanı bəyan edib ki, 20 ildir ATƏT-in Minsk Qrupu, onun həmsədrləri müxtəlif üsullarla status kvonu saxlamağa çalışır: "Onlar problemin həlli üçün əməli tədbirlər görmür, işğalçı ölkəyə sanksiyalar tətbiq etmirlər. BMT Liviya ilə bağlı bir qətnamə qəbul etdi və bundan sonra Liviyanın başına od ələndi. Ancaq BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsi olsa da, beynəlxalq birlik əməli addımlar atmır. Bu qətnamələr yerinə yetirilmir. Çünki Minsk Qrupunun üzvləri olan ABŞ, Fransa və Rusiya bunu istəmir. Məncə, ATƏT-in Minsk Qrupunun səfirləri Milli Məclisə dəvət edilməlidir. Biz deputat olaraq çağırış edib deməliyik ki, heç bir haalda Azərbaycan torrpaqlarının Ermənistanın əlində olması ilə barışmayacaq".
Ağamalı əlavə edib ki, Prezidentə çağırış edilməlidir ki, danışıqlar dayandırılsın və müharibə başlanılsın. Səfərovla bağlı məsələdə nələri görmədik, kimlər üstümüzə gəlmədi. Mən bu məsələlərin müzakirəsini Milli Məclisin payız sessiyasının gündəliyinə salınmasını təklif edirəm".