BolgeXeber.Com » Müsahibə-Reportaj » “Gülər Əhmədova ilə bağlı şahidi olduğum iki faktı misal gətirəcəm”

“Gülər Əhmədova ilə bağlı şahidi olduğum iki faktı misal gətirəcəm”

12-10-2012, 12:15
Oxunub: 5 108 “Məncə, barəsində cinayət işi açılan andan o, ilk növbədə partiyadan xaric olunmalı idi”


Yeni Azərbycan Partiyasının Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov sabiq deputat Gülər Əmədovanın mənsub olduğu partiya üzvlərinin onun barəsində təhqir dolu açıqlamalar səsləndirdiyini və onu partiyadan xaric etməklə hədələdikləri barədə prezidentə müraciətinə münasibət bildirib. “Qafqazinfo”ya açıqlamasında deputat deyib ki, istintaqa cəlb olunan Gülər Əhmədova son vaxtlar özünün və ailəsinin mənəvi-fiziki repressiyalara məruz qaldığını dilə gətirərək, keçmiş deputat həmkarlarının güya onun ünvanına təhqir, şər və iftira yağdırdıqlarını söyləyir: “Görəsən obyektiv, qərəzsiz fikirlər, dəlillər, sübutlar nə vaxtdan mənəvi və fiziki təziq vasitəsi sayılır?

“Alverdə nala-mıxa vurmaq olar, siyasətdə yox” – deyən Gülər Əhmədova son müraciətində güya mənsub olduğu Yeni Azərbaycan Partiyasına və onun nizamnamə və məramnaməsinə sadiq olduğunu bildirir. Qəribədir, düşünülməmiş hərəkətləri və yersiz açıqlamaları ilə düşdüyü vəziyyəti pisləşdirən bu xanım partiyaya hansı sədaqətdən dəm vurur?

Zənnimcə, cəmiyyətdəki statusundan, siyasi baxışlarından, ictimai mövqeyindən asılı olmayaraq hər bir fərd bir-biri ilə münasibətdə əqidə anlayışına söykənməlidir. Gülər Əhmədova isə son zamanlar üzə çixan dələduzluq əməlindən çıxış yolu axtara-axtara qeyri-səmimi bəyanatları ilə özünü gündəmdə saxlayaraq daha da çirkaba bulaşır.

Xüsusilə, onun Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov barədə facebook sosial şəbəkəsindəki səhifəsində ezop dilində yazdığı fikirlər bunu subut edir. Gülər Əhmədova özü də yaxşı bilir ki, Əli Əhmədov bu gün Azərbaycanın hakim partiyasında, eləcə də cəmiyyətində öz əxlaqi keyfiyyəti ilə böyük nüfuza malik siyasətçidir. Onun vətənpərvər ziyalı olduğunu, dövlətçiliyimizə necə xidmət etdiyini partiyamızın yarım milyondan çox üzvü yaxşı bilir. Əli Əhmədov məlum məsələ ilə bağlı ilk növbədə Yeni Azərbaycan Partiyasının mövqeyini açıq şəkildə ifadə edib.

Ona görə düşünürəm ki, belə bir ciddi mənəvi-əxlaqi dəyərlərə söykənən adamın haqqında Gülər Əhmədovanın danışmağa mənəvi haqqı yoxdur. Məncə, barəsində cinayət işi açılan andan o, ilk növbədə partiyadan xaric olunmalı idi. Çünki deputatlıq fəaliyyəti dövründə Gülər Əhmədova mənsub olduğu partiyaya “öz sədaqətini” bildiyi kimi yerinə yetirib…

Belə bir adamın uzun müddət parlamentdə təmsil olunması təəssüf doğurur. Şahid olduğum iki faktı misal gətirəcəyəm. 2 il öncə parlamentə onun namizədliyi 34 saylı Xətai seçki dairəsindən irəli sürülmüşdü. Dairə seçki komissiyasının sədri Rəfael Mehdiyev seçkilərin ilkin nəticələri məlum olan kimi, Gülər Əhmədovaya zəng edib onu təbrik edir. Lakin o, özünəməxsus şəkildə bu təbriki başqa yerə yozub, sədri qınadı: “Xeyir ola, sən nə haqla seçkinin nəticələrini mənə deyirsən?”. Belə yerdə “karın könlündəki” deyimi yerinə düşür. Gülər Əhmədova elə düşünürdü ki, bu şad xəbəri ona deməklə, dairə sədri nəsə umur.

Seçicilərlə hər görüşdə Gülər Əhmədova öz telefon nömrəsini elan edib, onlara nə probleminiz olsa mənə zəng edərsiniz, deyirdi. Seçkidən az sonra 171 saylı orta məktəbin direktoru İradə Murquzova məktəbin problemləri barədə Gülər Əhmədovaya zəng edib, onu qəbul etməsini xahiş edir. Gülər Əhmədova isə İradə xanıma acıqla cavab verir: “Sən kimsən, məni narahat edirsən. Mən Milli Məclisin deputatıyam”.

Gülər Əhmədovanın seçicisi olan məktəb direktoru bu barədə mənə YAP üzvü kimi şikayət edəndə, çox təəssüfləndim. Əlbəttə, hər kəs öz hərəkətlərinə və əməllərinə cavabdehdir. O cümlədən Gülər Əhmədova da”