
Bu fikirləri bolgexeber.com saytına açıqlamasında deputat Aqil Abbas bildirib.
Son günlər səslənən "sənət adamları öz işləri ilə məşğul olsun, onlardan deputat olmaz" kimi iddialara cavab verən A.Abbas qeyd edib ki, bu sözü deyənlər yanlış düşünürlər: "Heç kimə ağıl verməsinlər, kim namizədliyini verib-vermir, özü bilər. Qanun da imkan verir ki, seçkidə iştirak etsin".
Deputat özünün seçkidə iştirak edib-etməyəcəyi ilə bağlı məsələyə də münasibət bildirib: "Mən qarabağlıların, rayon camaatının çağırışını gözləyirəm, onlar istəyəcəklərsə, seçkidə iştirak edəcəm".