Xankəndi aeroportu fəaliyyətə başlayır
20-07-2012, 13:10
Oxunub: 3 138
Artıq bir neçə həftəyə Azərbaycanın erməni işğalı altında olan torpaqlarında Dağlıq Qarabağda hava limanı fəaliyyətə başlayacaq.
Bolgexeber.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu məlumatı İrəvan dövlət arxitektura və tikinti universitetinin rektoru Ovannes Tokmacyan açıqlayıb.
Onun sözlərinə görə, hava limanında bir neçə yüz kilometr uzaq məsafəni nəzarətdə saxlaya bilcək müasir avadanlıq yerləşdirilib.
Hava limanında vertolyotla bir neçə uçuşlar həyata keçirdiyini deyən Ovannes Tokmacyan deyib ki, idarəetmə pultundan Bakı və İrəvan görünür.
Rektor daha sonra qeyd edib ki, qondarma rejmin rəhbərliyi hava limanın yeni binasını inşa etməyi planlaşdırırlar.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ANS PRESS-ə bildirbi ki, ilk növbədə Azərbaycanın işğal altında olan torpaqlarının üzərindən hər hansı bir uçuşların həyata keçirilməsi qanunsuzdur: “ İkinci məqam ondan ibarətdir ki, Azərbaycan dəfələrlə beynəxalq təşkilatlara müraciət edərək bu uçuşların qanunsuzluğu barədə məlumat verib. Burada təhlükəsizlik baxımından heç kimin hər hansı insidentdən sığortalanmadığı vurğulanıb, çünki bu torpaqlar Azərbaycanın nəzarəti altında deyil. Məhz bu baxımdan da hər hansı bir hadisənin olub-olmamasına kimin cavabdehlik daşıyacağı sual altında qalır”.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes