BolgeXeber.Com » Media » Orqan mafiyası Azərbaycanlı gənci oğurladı

Orqan mafiyası Azərbaycanlı gənci oğurladı

27-07-2012, 11:40
Oxunub: 3 994 Oğlu yoxa çıxan ata dəhşətli faktlar açıqladı

Qazaxıstana işləməyə gedən Balakən sakini İsmayıl Musayev orda banda tərəfindən qaçırılıb; girovluqda ondan başqa xeyli vətəndaşımızın da olduğu bildirilir; cinayətin bir ucu Bakıya gəlib çıxır...

Balakənin Katex kənd sakini Qazaxıstanda işlədiyi ticarət mərkəzindən zəhmət haqqını ala bilmirmiş. Bir neçə dəfə pulunu tələb edən İsmayıl Musayevdən sonradan bir xəbər alınmayıb. Beynəlxalq orqan mafiyasına bağlılığı olan və üzvlərinin çoxu İnterpol axtarışında olan qanunsuz dəstə tərəfindən gecə saatlarında oğurlanan İ.Musayev və onunla bərabər olan bir neçə azərbaycanlıdan bu günədək xəbər alınmayıb. Onların taleyi sual altında qalıb. İ.Musayevin atası Ramazan Musayev olayla bağlı şok təfərrüatları “Yeni Müsavat”a danışdı. O bildirdi ki, Qazaxıstandakı mafiya tərəfindən oğurlanan oğlunun taleyindən narahatdır.

“Nə öldüyünü, nə qaldığını bilirik. Oğlum işləmək üçün Qazaxıstana getmişdi. Ticarət mərkəzlərindən birinin direktorunun yanına gedib. Oğlum o adam üçün iş görüb, ancaq pulu ala bilməyib. İkinci dəfə oğlumun ora getməyinin məqsədi pulunu istəmək olub. Ancaq o vaxtdan yoxa çıxıb. Biz məlumat alan kimi Qazaxıstanın daxili işlər nazirinə, Oktava vilayətinin daxili işlər şöbəsinə, prokurorluğa və digər hüquq-mühafizə orqanlarına rəsmi ərizə ilə müraciət etdik. O vaxt xarici pasportum olmadığından yaxın adamlarımdan ibarət bir neçə nəfər Qazaxıstana gedib rəsmi şəxslərlə görüşdülər. Sonra məlum oldu ki, oğlumu oğurlayan şəxs onu yanına iş adı ilə çağırıb, hansı ki, həmin gün bazar günü olub. Bazar günləri isə ticarət mərkəzi işləmirmiş. Onun məqsədi oğlumu ona çatacaq pulu qəti şəkildə tələb etməməsi üçün oğurlamaq olub və bu məqsədinə də nail olub”.

"Yeni Müsavat"