APA TV-nin tanınmış jurnalisti Natiq Qədimov vəfat etdi
23-11-2017, 10:27
Oxunub: 6 060
"APA Holdinq” ailəsinə ağır itki üz verib
Bolgexeber.com xəbər verir ki, "APA Holdinq”ə daxil olan APA TV-nin əməkdaşı, tanınmış jurnalist Natiq Qədimov 41 yaşında vəfat edib.
Mərhumun ailəsindən bildirilib ki, o, infarktdan dünyasını dəyişib.
Yaxın müddətdə ikinci dəfə ata olacaqdı...
Bolgexeber.com bildirir ki, məşhur azərbaycanlı diktor, APA-nın əməkdaşı Nəsimi Nəbizadə həmkarı, ötən gecə həyatını itirən Natiq Qədimovla bağlı Facebook-dakı profildə belə yazıb.
"İşdən çıxıb, gəlib evə, zəng edib valideynlərinə, qardaşına... Deyib, gəlin bizə, qonaqlıq verirəm, həm də bir yerdə futbola baxaq, onlar da yığışıb gəlib. Natiq doğmaları ilə son dəfə görüşüb, onların gözü qarşısında, qəfildən, süfrə başında dünyasını dəyişib. Yaxın müddətdə ikinci dəfə ata olacaqdı", - N.Nəbizadə yazıb.
Allah rəhmət eləsin!
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər