BolgeXeber.Com » Xəbərlər » Bakı sakini lotereyadan udduğu pulla 1 kq heroin alarkən tutuldu

Bakı sakini lotereyadan udduğu pulla 1 kq heroin alarkən tutuldu

1-05-2015, 10:37
Oxunub: 3 815 Bakı sakini lotereyadan udduğu pulla 1 kq heroin alarkən tutulduYasamal polisi narkotik maddələrin satışı ilə məşğul olan rayon sakini saxlayıb

APA-nın məlumatına görə, Yasamal rayon sakini Cəbrayıl Camalov 1 kiloqrama yaxın heroinlə tutulub. Polisə ifadəsində o bildirib ki, bir neçə ildir ki, narkotik maddə istifadəçisidir. Onun sözlərinə görə, heroini "20 Yanvar" metro stansiyasının yaxınlığında əvvəllər tanımadığı şəxsdən alıb.

C.Camalovun sözlərinə görə, 1 kiloqrama yaxın heroinə o 500 manat pul verib. Pulu isə, idman yarışları lotereyasından udub. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.