BolgeXeber.Com » Xəbərlər » Gəncədə polis mayoru özünü öldürdü

Gəncədə polis mayoru özünü öldürdü

12-05-2015, 11:55
Oxunub: 4 057 Gəncədə polis mayoru özünü öldürdüGəncə şəhərində intihar hadisəsi baş verib

"Report" xəbər verir ki, mayın 11-də günorta saatlarında Gəncə şəhərində 1964-cü il təvəllüdlü Mahal Mikayılov qol damarlarını kəsərək özünə qəsd edib.

Meyit Yeni Gəncə yaşayış massivinin ərazisində yerləşən yanacaqdoldurma məntəqələsində aşkar olunub. Meyit məhkəmə tibbi ekspertiza və pataloji anatomoya birliyinin Gəncə şəhər şöbəsində aparılıb, müayinə olunaraq aiddiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, intihar etmiş şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin dəftərxanasında işləyib, mayor rütbəsi daşıyıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi qaldırılıb, intiharın səbəbi araşdırılır.
BOLGEXEBER.COM