Pensiyaçılar pullarını bankomatdan faizsiz çıxara biləcək
12-05-2015, 13:31
Oxunub: 3 398
"Pensiya almaq üçün lazımi bankomatı tapmaq müavinəti almaqdan daha çətindir. Başqa bankomatdan isə pul çıxarmaq heç sərf etmir. Çünki belə olan halda aldığımız pensiyadan əlavə faiz tutulur"
Bunu paytaxt sakini Rəşid Rəcəbov deyir. 80 yaşını haqlamış qoca hər ay anoloji problemlə qarşılaşdığını bildirir. Pensiyaçıların ortaq probleminə çevrilən bu hal, xüsusilə ayın əvvəlində müşahidə olunur. Pensiyalar kartlara köçürüldükdən sonra bankomatlar qarşısında sıxlıq yaranır. Yaşlı insanlar isə pullarını ala bilmək üçün isə saatlarla növbə gözləməli olurlar.
Təbii ki, buna səbəb bankomatların sayının az olması deyil. Çünki, ölkədə yüzlərlə bankomat var. Ancaq bu bankomatlar müvəkkil bankdan fərqli olaraq komissiya haqqı tutur. Bu isə pensiyaçılara qətiyyən sərf etmir.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) isə görünür bu problemin aradan qaldırılması üçün ciddi addımlar atmağa başlayıb. Fond pensiyalar ödənilən gün bankomatların qarşısında gərginliyin aradan qaldırılması üçün iki istiqamətdə əlaqədar qurumlarla iş aparır. Birinci istiqamətdə banklararası interfeys şəbəkəsinin yaradılması nəzərdə tutulur ki, bununla da pensiyaçılar başqa bankların bankomatlarından pensiyalarını çıxara biləcək. Banklararası şəbəkənin qurulması nəticəsində pensiya kartı vasitəsilə müxtəlif banklardan istifadə imkanı yaranacaq.
Azərbaycan Mərkəzi Bankı (AMB) da pensiyaçıların bu probleminin kökündən həlli üçün işlər görməyə başlayıb. AMB bir bankın plastik kartını digər bankın bankomatlarında komissiya ödəmədən istifadə etməyə imkan verəcək yeni sistemin hazırlanması və işə salınması ilə bağlı fəaliyyətini sürətləndirib.
Artıq DSMF və Mərkəzi Bank sözügedən layihə üzrə razılıq əldə ediblər. İndi pensiya sistemində bir çox islahatlar banklar arasında bu interfeysin yaradılmasından asılıdır. Bu layihə tətbiq olunduqdan sonra pensiyaçılar pullarını almaq üçün saatlarla bankomat axtarmayacaq. Pensiyaçılara istənilən bankomata yaxınlaşmaqla müavinətlərini faizsiz şəkildə ala biləcək.ans
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər