BolgeXeber.Com » Xəbərlər » Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin yeni rəisi kimdir?-FOTO

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin yeni rəisi kimdir?-FOTO

16-05-2015, 12:50
Oxunub: 2 499 Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin yeni rəisi kimdir?-FOTODövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə yeni rəis təyin edilib

Prezident İlqar Əziz oğlu Mustafayevin Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilməsi haqda sərəncam imzalayıb. Bəs Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin yeni rəisi kimdir?

BOLGEXEBER.COM xəbər verir ki, “a24.az” bununla bağlı araşdırma aparıb. Onun haqqında geniş informasiya olmasa da, belə məlum olub ki, İlqar Mustafayev Heydər Əliyev Fondunun əməkdaşı olub. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 may 2014-cü il tarixində Heydər Əliyev Fondunun 10 illik yubileyi münasibətilə Fonun əməkdaşlarının təltif edilməsi haqqındakı sərəncamda məlumat yer alır. Həmin sərəncama görə İlqar Mustafayev Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

İlqar Mustafayev, həmçinin Xəzər İnkişaf Fondunun (ilk adı Əzizbəyov Rayonunun İnkişafı Fondu olub) direktorudur. Fondun məqsədi Xəzər rayonunun potensialından səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması, gənclərin ictimai fəaliyyətə cəlb edilməsi, rayonda investisiya qoyuluşunun sürətləndirilməsi, mövcud turizm resurslarından daha səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində layihələrin həyata keçirilməsidir. Fəaliyyət başladığı ilk dövrlərdən indiyədək Fond tərəfindən Xəzər rayonunda çoxsaylı işlər görülüb.

Qeyd edək ki, martın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Rəşad Məmmədovun Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Vəzifəsindən azad olunandan sonra Səbai rayon Məhkəməsi tərəfindən Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib. R.Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılır.
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin yeni rəisi kimdir?-FOTO