BolgeXeber.Com » Xəbərlər » Arzu Rəhimovun kadrı ittiham olunur - Şikayət var...

Arzu Rəhimovun kadrı ittiham olunur - Şikayət var...

27-05-2015, 13:35
Oxunub: 3 588 Arzu Rəhimovun kadrı ittiham olunur - Şikayət var..."Səfərbərlik və Hərbi çağırış üzrə Dövlət Komitəsinin Laçın rayon şöbəsi son 2-3 ayda hər gün məni yenidən tibbi müayinəyə çağırır”

Laçın rayonundan redaksiyamıza şikayət məktubu daxil olub.

Rayonun Şeylanlı kəndindən məcburi köçkün Bəhruz Baxışov Tia.az-a müraciətində Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Komitəsinin yerli şöbəsindəki qanunsuzluqlardan bəhs edib.

Onun sözlərinə görə, qurumun Laçın şöbəsi başına olmazın bəlalar gətirir: "Belə ki, mən orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırıldım. Hərbi komissarlıqda tibbi müayinə zamanı məlum oldu ki, sülh dövrü üçün hərbi xidmətə yararsızam. 3 ildən bir hərbi komissarlığa tibbi müayinəyə çağırılmışam. Sonuncu dəfə 29 sentyabr 2014-cü ildə tibbi müayinədən keçmişəm və mənə 2017-ci ilin sentyabr ayınadək möhlət hüququ verilib. Göstərdiklərimə baxmayaraq Səfərbərlik və Hərbi çağırış üzrə Dövlət Komitəsinin Laçın rayon şöbəsi son 2-3 ayda hər gün məni yenidən tibbi müayinəyə çağırır”.

B.Baxışov qeyd edir ki, baş prokuror Zakir Qaralova müraciət edib: "Cənab Prokuror! Səfərbərlik və hərbi çağırış üzrə dövlət komissiyası Azərbaycan Respublikasının konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarımı vəzifə səlahiyyətlərindən sui istifadə edərək məhdudlaşdırır. Odur ki, Səfərbərlik və hərbi çağırış üzrə Dövlət komissiyasının Laçın rayon şöbəsinin qanunsuz əməllərinin qarşısının alınmasına dair aidiyyatı orqanlara göstəriş verməyinizi xahiş edirəm”.
BOLGEXEBER.COM