BolgeXeber.Com » Xəbərlər » Röya ölkədən qaçdı - Qalmaqal

Röya ölkədən qaçdı - Qalmaqal

27-05-2015, 16:35
Oxunub: 6 207 Röya ölkədən qaçdı - QalmaqalArtıq bir neçə gündür ki, tanınmış müğənni Röya Ayxanın qalmaqallı “razborka”sı mətbuatda, sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələlərdən biridir.

Hazırda yayılan məlumatalar görə, müğənni tez-tələsik ölkəni tərk edib. Bu barədə onun prodüseri Kənan Bayramov Lent.az-a açıqlmasında bildirib. Onun sözlərinə görə, Röya Ayxan artıq Avropa dövlətlərinin birindədir.

Musavat.com-un əməkdaşları müğənninin prodüseri ilə əlaqə yaratmağa çalışsalar da, məlum olub ki, Kənan Babayev də ölkə xaricindədir.

Qeyd edək ki, Röya Ayxan iyunun əvvəlində keçiriləcək Azərbaycan Kubokunun finalında müğənni kimi iştirak etməli idi.

Xatırladaq ki, müğənni ötən həftə özünün “İnstagram” səhifəsində gizli çəkilmiş bir video paylaşmışdı. Videogörüntülərindən bəlli olurdu ki, müğənni sosial şəbəkədə onun ünvanına təhqiramiz ifadələr işlədən gənci taparaq, onunla şəxsən “razborka” aparmışdı. Bundan sonra bir sıra güc strukturları məsələyə qarışaraq, müğənninin qanundankənar hərəkətə yol veridiyi üçün onun cəzalandırılacağını bildirmişdi.

Vəkil Adəm Məmmədov isə Röyanın bu əməlinin cinayət xarakteri daşıdığını və müğənninin cəzalandırılmalı olduğunu bildirmişdi. Vəkil müğənninin gizli çəkiliş edib, yaymaqla vətəndaşın Konstitusion hüquqlarını pozduğunu qeyd etmiş və bununla bağlı daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət ünvanlamışdı.

Xatırladaq ki, Röya Ayxanın bu cür “razborka” hərəkəti və bundan irəli gələrək, ölkədən qaçması birinci dəfə deyil. Belə ki, müğənni barəsində 21 noyabr 2012-ci il tarixində “Yeni Müsavat” qəzetində gedən yazıda qeyd edilirdi ki, 4 oktyabr tarixində Yevlax rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (keçmiş Hərbi Komissarlıq) Mingəçevir şəhər şöbəsinin rəhbəri, general Bəylər Əyyubovun yaxın qohumu Əqid Bayroyevin təşkil etdiyi məclisdə Röya Ayxan və həmkarı Elton iştirak ediblər. Bir qədər sonra hər iki müğənni arasında mübahisə baş verib.

“Yeni Müsavat”a daxil olan məlumata görə, Röya bununla bağlı uzun müddət dostluq etdiyi Əqid Bayroyevdən xahiş edib ki, Eltonu cəzalandırsın. Hərbi komissar da eləməyib tənbəllik, Eltonun üstünə silahlı adamlar göndərib. Həmin adamlar müğənnini sillələyəndən sonra onun başına silah dirəyiblər. Ona “bir də Röyaya gözün üstə qaşın var, desən, səni öldürərik” tipində hədə-qorxu gəliblər.

Başına gələn bu hadisəni yaxın ətrafına danışandan sonra dostlarından kimsə Eltona başa salıb ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsin. Elton da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) rəisi Mirqafar Seyidovun adına şikayət ərizəsi yazır.

Bundan sonra əməliyyat hazırlanır. “Bandotdel”in əməkdaşları Röyanı gözəllik salonunda makiyaj masasının arxasından götürərək, idarəyə aparırlar. Bundan sonra Elton da BMCMİ-yə dəvət olunur. Müstəntiq müğənniləri üzləşdirib və Röya Eltonu Əqid Bayroyev vasitəsilə cəzalandırdığını rəsmən etiraf edib.

Baş verənlərlə bağlı məlumatlar Bəylər Əyyubova çatdıqda o, harın qohumlarının onsuz da onu cana-boğaza yığdığını əsas gətirərək, tapşırıq verir ki, Əqid dərhal cəzalandırılsın. Bundan sonra onun da “Bandotdel”də ifadəsi alınır və işdən azad edilir.

Müğənni Röya Ayxan isə həmin ərəfələrdə telekanallara müsahibəsində artıq səhnədə olmaq istəmədiyini, Azərbaycandan gedəcəyini bildirmişdi. Deyilənə görə, onun ölkədən getmək istəyi bu hadisə ilə bağlı olub.