BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması məsəsələri müzakirə edilib
Azərbaycanda cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması məsəsələri müzakirə edilib
27-05-2015, 18:44
Oxunub: 3 707
Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müzakirə edilib
Baş Prokurorluğun mətbuat xidmətindən BOLGEXEBER.COM-a verilən məlumata görə, mayın 27-də Azırbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə Baş Prokurorluğun müvafiq idarələrinin, Hərbi Prokurorluğun, Bakı şəhər prokurorluğunun və Baş İdarənin əməkdaşlarının iştirakı ilə “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması” mövzusunda konfrans keçirilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edərək korrupsiyaya və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərin leqallaşdırılmasına qarşı mübarizə istiqamətində həyata keçirilən işlərə dair ətraflı məlumat verərək, bu sahədə ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin Hüquq və metodologiya şöbəsinin rəisi Nurlan Babayev “Pulların leqallaşdırılması cinayətinin cinayət-hüquqi xarakteristikası”, həmin şöbənin əməkdaşı Azər Abbasov “Pulların leqallaşdırılması və korrupsiya cinayətlərinin oxşar və fərqli cəhətləri”, “Pulların leqallaşdırılması cinayəti üçün əsaslar və tipologiyalar” adlı məruzələr ediblər.
Tədbirdə mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər