BolgeXeber.Com » Xəbərlər » Elmar Vəliyevin oğlu "Kəpəz" klubuna yeni rəhbəri oldu

Elmar Vəliyevin oğlu "Kəpəz" klubuna yeni rəhbəri oldu

28-05-2015, 11:51
Oxunub: 4 393 Elmar Vəliyevin oğlu "Kəpəz" klubuna yeni rəhbəri olduBu gün "Kəpəz" klubunun Müşahidə Şurasının ilk iclası keçirilib

Klubdan qol.az-a verilən xəbərə görə, iclasda AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Müşahidə Şurasının üzvləri təsdiq olunub.

Qərara əsasən, Müzəffər Qasımov (futbol veteranı), Xanlar Fətiyev (Gəncə Avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı), Elmir Vəliyev ("Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri), Mikayıl Quluyev (AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, Əməkdar jurnalist), Sərxan Babayev ("DET-AL Alüminium" MMC-nin baş direktoru), Namiq Məmmədov ("Gəncə şərab-2" ASC-nin Müşahidə Şurasının sədri), Müşfiq Cəfərov (Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi) Şuranın üzvləri, "Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev isə "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri seçilib.

Qeyd edək ki, E.Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğludur.

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev isə klubun baş məşqçisi vəzifəsinə təsdiqlənib.

"Kəpəz"in prezidenti Mehman Allahverdiyev isə klubun icraçı direktoru təyin olunub.
BOLGEXEBER.COM