BolgeXeber.Com » Xəbərlər » Qaxda telefonla danışan qızı ildırım vurdu

Qaxda telefonla danışan qızı ildırım vurdu

29-05-2015, 09:47
Oxunub: 4 167 Qaxda telefonla danışan qızı ildırım vurduNurlunun vəziyyəti ağırdır

Qax rayonunun sakinini ildırım vurub.

BOLGEXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax rayonunun Zəyəm kəndində baş verib.

1989-cu il təvəllüdlü Nurlu Səməndər qızı Surxayeva yaşadığı evin həyətyanı sahəsində mobil telefonla danışan zaman onu ildırım vurub.

26 yaşlı Nurlu hadisə yerinə çağırılmış Qax Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinin əməkdaşlarının müşayiəti ilə xəstəxanaya aparılıb.

Qax RMX-dan verilən məlumata görə, N.Surxayeva xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
BOLGEXEBER.COM