BolgeXeber.Com » Xəbərlər » Bu gün son zəngdir...

Bu gün son zəngdir...

29-05-2015, 10:53
Oxunub: 3 474 Bu gün son zəngdir...Azərbaycanda bu gün “Son zəng“ qeyd olunur

Bu gün Azərbaycanda tədris həftəsi 5 günlük olan məktəblərın məzunları "Son zəng"i qeyd edirlər.

BOLGEXEBER.COM xəbər verir ki, tədris həftəsi 6 günlük olan məktəblərin məzunları üçün “Son zəng” tədbiri isə mayın 30-da təşkil olunacaq.

“Son zəng”lə əlaqədar Təhsil Nazirliyi məktəblərə həmin tədbirlərin məktəb ərazisində keçirilməsini tövsiyə edib.

2014-2015-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 839, XI siniflərini isə 90 557 nəfər məzun bitirəcək. Bu tədris ilində qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird başa vuracaq.
BOLGEXEBER.COM