BolgeXeber.Com » Xəbərlər » Bakıda dəhşət: 5 yaşlı qızı zorlayıb öldürdülər

Bakıda dəhşət: 5 yaşlı qızı zorlayıb öldürdülər

29-05-2015, 13:35
Oxunub: 3 592 Bakıda dəhşət: 5 yaşlı qızı zorlayıb öldürdülərBakının Pirallahı rayonunda dəhşətli hadisə baş verib

Pirallahı Rayon Polis İdarəsindən verilən məlumata görə, mayın 28-də Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı qızın meyiti tapılıb.

Onun meyiti elə yaşadığı məhlədən, qonşularının həyətində aşkarlanıb.

Qızın elə həmin həyətdə yaşayan qonşusu - 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən qətlə yetirildiyi bildirilib.

Polisv Çernov Viktoroviçi yaxalayıb.

Qeyd edək ki, hüquq mühafizə orqanlarının əməkdaşları saytlardan birinə bildiriblər ki, qətlə yetirilən uşaq zorlanıbmış.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

* * * 10:12

Bakıda azyaşlı qız itib.

5 yaşlı Qələndərova Aişə Füzuli qızının yaxınlarının Ans press-ə verdiyi məlumata görə, A.Qələndərova həyətdə oynayarkən qəfildən yoxa çıxıb.

Hadisə dünən saat 15-16 radələrində baş verib.

Aişənin əynində çəhrayı rəngdə köynək və qırmızı şalvar olub.

Qızın itkin düşməsi ilə bağlı Pirallahı Rayon Polis İdarəsinə müraciət edilib.
BOLGEXEBER.COM