BolgeXeber.Com » Xəbərlər » Spikerlə millət vəkili yanan binaya görə mübahisə etdi - "Yalanı da siz danışırsınız"...
Spikerlə millət vəkili yanan binaya görə mübahisə etdi - "Yalanı da siz danışırsınız"...
29-05-2015, 14:01
Oxunub: 3 377
"Mətbuat nümayəndələrinə özünüzü göstərmək nəyə lazımdır ki? Hamı hamını yaxşı tanıyır”
Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla millət vəkili Sabir Rüstəmxanlı arasında gərgin anlar yaşanıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb millət vəkilinin bugünkü iclasda Binəqədi rayonunda baş vermiş yanğınla bağlı müzakirələrin açılması yönündə səsləndirdiyi fikirlər olub:
“Binaların üzlənməsinə bu qədər vəsait xərclənib. Nəticədə yararsız materialla binalar üzlənib. Sonra da camaatı odun içinə atıblar. Başqa məsələlərdə müzakirə üçün yarım saat vaxt ayırırsınız. Niyə bu yanğın hadisəsi Milli Məclisdə müzakirə olunmasın? Sabah da deyəcəklər ki, deputatlar da bu işin içindədirlər, ona görə də heç nə danışmırlar. Kimin sözü varsa, bu mövzuda danışmalıdır”.
Çıxışdan sonra millət vəkilinə spikerin cavabı belə olu: “Siz hər dəfə Məclis başlayanda bu cür təpki verirsiniz. Mən təklif etdim ki, danışmaq üçün kimin sözü var, amma heç kim təkid etmədi”.
S. Rüstəmxanlı da spikerə yerindən sərt tonda cavab verib: “Mən danışmaq üşün təkid etdim. Yalan danışmayın” .
Bu sözlər isə spikerlə millət vəkili arasında gərginliyin artmasına səbəb olub.
“Mən sizinlə mədəniyyətlə danışıram. Yalanı da siz danışırsınız. Siz yazıçısınız, mən sizə hörmət edirəm. Mətbuat nümayəndələrinə özünüzü göstərmək nəyə lazımdır ki? Hamı hamını yaxşı tanıyır”- deyə, spiker millət vəkilinə cavab verib.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər