BolgeXeber.Com » Xəbərlər » Baş redaktor Bakı Hava Limanında saxlanıldı

Baş redaktor Bakı Hava Limanında saxlanıldı

29-05-2015, 15:49
Oxunub: 3 703 Baş redaktor Bakı Hava Limanında saxlanıldıSumqayıt Gənclərini Hüquqi Maarifləndirmə İctimai Birliyinin sədri və “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd bu gün Avropadan gələrkən Bakı aeroportunda saxlanılıb

Bu barədə "Turan"-a onun müavini Elçin Həsənov bildirib. Onun sözlərinə görə, insident səhər saat 4-də baş verib. E.Məmməd E.Həsənova telefon edib saxlandığını deyə bilib.
E.Məmməd 2014-cü ilin noyabrından bir qrup QHT-nin fəaliyyətinin araşdırılması işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılb
Aprelin əvəlində ona bildirilib ki, o ittiham olunan şəxs kimi cəlb edilib. Bununla belə, E.Məmməd aprelin 19-da ölkədən buraxılıb və Strasburqa gedib, indiyədək Avropada olub.