BolgeXeber.Com » Xəbərlər » Manyak Bakıda 5 yaşlı qızı necə öldürdü... Dəhşətli Təfərrüatllar

Manyak Bakıda 5 yaşlı qızı necə öldürdü... Dəhşətli Təfərrüatllar

29-05-2015, 16:16
Oxunub: 3 875 Manyak Bakıda 5 yaşlı qızı necə öldürdü... Dəhşətli  TəfərrüatllarOdeyalı açan valideynlər dəhşətli mənzərə ilə üzləşiblər

Virtualaz.org saytı Bakının Pirallahı rayonunda 5 yaşlı qızın zorlanaraq qətlə yetirilməsi haqda bəzi əlavə təfərrüatları dəqiqləşdirib.

Qəsəbə sakinlərindən aldığımız məlumata görə, mayın 28-də babası 5 yaşlı A.G.-ni həyətdə gəzməyə çıxarıbmış. Bir müddətdən sonra baba çay içmək üçün evə qalxıb, uşaq həyətdə qalıb, baba qayıdanda azyaşlını həyətdə görməyib.

Qızın axtarışları başlayıb. Saatlarla davam edən axtarış heç bir nəticə vermədiyindən qızın yoxa çıxması barədə polisə məlumat verilib.

Mayın 29-da gecə saat 4 radələrində qızın valideynləri qonşuluqda yaşayan Yakov Çernovun qardaşı ilə birlikdə bağlarında yeri qazdığını görüblər. Şübhələnən valideynlər qardaşlardan gecənin bu saatında bağda nə etdiklərini soruşublar. Qardaşlar cavab veriblər ki, işləyirlər və öz bağlarıdır, özləri bilərlər.

Bu zaman valideynlər onların yanında odeyala bükülü nəsə olduğunu görüblər. Odeyalı açan valideynlər dəhşətli mənzərə ilə üzləşiblər. Odeyalın arasında onların azyaşlı qızlarının cəsədi bükülmüşdü...

Bu təfərrüatlardan məlum olur ki, azyaşlı qızın zorlanaraq vəhşicəsinə qətlə yetirilməsi cinayətində hazırda həbs olunan Yakov Çernov (qəsəbədə onu “Dima” kimi tanıyırlar) yox, həm də qardaşı iştirakçı ola bilər. Amma təbii ki, son sözü istintaq deyəcək.
BOLGEXEBER.COM