BolgeXeber.Com » Xəbərlər » «Araz» Marketlərdən müştərilər şikayət edirlər ...

«Araz» Marketlərdən müştərilər şikayət edirlər ...

29-05-2015, 17:53
Oxunub: 3 314 «Araz» Marketlərdən müştərilər şikayət edirlər ...Bütün bu şikayətlərlə bağlı kassaların önündə qoyulmuş «Şikayət və təkliflər» poçtuna da dəfələrlə müraciət edən istehlakçılara sayqısızlıq edilir

BOLGEXEBER.COM bildirir ki,gundeminfo.az-a şikayət edən bir qrup vətəndaş «Araz» marketlər şəbəkəsindən şikayətçidirlər. Müraciət edən vətəndaşlar bildirirlər ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən iki böyük marketdə vətəndaşlar arasnıda yüksək xidmət adı ilə təbliğat aparan market rəhbərliyi əslində heç də vədlərinə əməl etmirlər. Bu marketlərdə isti havıa şəraitinin yaşanmasına baxmayaraq soyuducuların bir qismi demək olar ki, işləmir.

Narazı vətəndaşlar bildirirlər ki, market rəhbərliyi iri pivə istehsalçıları ilə anlaşaraq ayrıseçkilik salırlar. Məsələn yay mövsümünün başlanmasından xeyli müddət keçməsinə baxmayaraq hələ də «Araz» Marketlərdə soyuducular işləmir. Yalnız Novxanıda istehsal edilən «Starapraqa» pivələrinin yerləşdirildiyi soyuducular işləyir. Digər, məsələn «Baltika Baku»nun istehsal etdiyi «Xırdalan» və digər çeşidlərinin yerləşdirildiyi soyuducular isə işləmir. Redaksiyamıza şikayət edən vətəndaşlar bildirirlər ki, bu marketlərdə həmçinin də kassalarda alınmış malların qablaşdırılması işi üçün də işçilər yoxdur. Digər iri market lərdən fərqli olaraq «Araz» kassaya qədər aldığı malları daşıyan istehlakçı, elə kassada ödənişi etdikdən sonra özü çətinliklə də olsa torba taparaq qablaşdırmanı həyata keçirir. Bu isə kassalarda eyni anda iki istehlakçının yaxınlaşması ilə problemlərin yaşanmasına səbəb olur. Bütün bu şikayətlərlə bağlı kassaların önündə qoyulmuş «Şikayət və təkliflər» poçtuna da dəfələrlə müraciət edən istehlakçılara sayqısızlıq edilir.
Mövzu ilə bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.