Bakıda döyülən bələdiyyə sədri danışdı: - "Başımdan bellə vurdu"
30-05-2015, 12:07
Oxunub: 3 399
"Araz Həsəov Bülbülə qəsəəsində böyük bir ərazini qeyri-qanuni şəkildə zəbt edib"
May ayının 28-də Bakının Sabunçu rayonu, Bülbülə qəsəbəsi bələdiyyəsinin sədri və əməkdaşı döyülüb
Sabunçu rayon Polis İdarəsi 31-ci polis bölməsindən ans press-ə verilən məlumata görə, Bülbülə qəsəbə Bələdiyyəsinin sədri, 1960-cı il təvəllüdlü Natiq Müseyib oğlu Həsənovu və bələdiyyədə mühəndis işləyən 1984-cü il təvəllüdlü Samir Valeh oğlu Əliyevi döyülmələrilə bağlı şikayət ediblər. Onlar bildiriblər ki, qəsəbə sakini, 1970-ci il təvəllüdlü Araz Əli oğlu Həsənov tərəfindən döyülüblər.
Hadisəni törədən şəxsi saxlayıblar. Araşdırmalar zamanı məlum olub ki, hadisə yer üstündə baş verib.
Döyülən bələdiyyə sədri Natiq Həsənovla əlaqə saxladıq. Sədr açıqlamasında döyüldüyünü təsdiqlədi. O, bildirdi ki, Araz Həsəov Bülbülə qəsəəsində böyük bir ərazini qeyri-qanuni şəkildə zəbt edib. Həmin ərazi neft sahəsinə düşdüyü üçün onu boşaltmaq lazım olub. Bələdiyyə sədri də bunun üstündə Araz Həsənovla mübahisə edib.
"Araz Həsənov bizi bel, taxta parçaları ilə vurdu. Daha sonra mənim başımdan, Samir Əliyevin gözündən yumruqla vurdu. Hər ikimizi döydü. Bununla bağlı polisə şikayət də etmişik", - deyə Natiq Həsənov bildirib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə