BolgeXeber.Com » Xəbərlər » Fərhad və Rafiq Əliyev qardaşları Almaniyadan sığınacaq alıb

Fərhad və Rafiq Əliyev qardaşları Almaniyadan sığınacaq alıb

30-05-2015, 13:16
Oxunub: 3 250 Fərhad və Rafiq Əliyev qardaşları Almaniyadan sığınacaq alıb2013-cü ilin oktyabr ayında əfv edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev Almaniyadan sığınacaq alıb

BOLGEXEBER.COM bildirir ki,"Yeni Müsavat"ın məlumatına görə, Əliyev qardaşları ən azı 5 il Azərbaycana qayıda bilməyəcəklər.

Qəzetin yazdığına görə, sığınacağı Almaniyadan almalarına baxmayaraq, hazırda Əliyev qardaşları bu ölkədə yaşamırlar. Bəzi mənbələr iddia edir ki, Fərhad və Rafiq Əliyevlər İngiltərədə yaşayırlar. Bəzi mənbələr isə onların hazırda İsveçrədə məskunlaşdıqlarını iddia edir. Sabiq nazirin yaxın adamları da bir neçə ay əvvəl mətbuatda verdiyi açıqlamada F.Əliyevin Almaniyada müalicə olunduğunu təsdiqləmişdilər.Mənbənin iddiasına görə, Fərhad Əliyev Almaniyada deyil, İngiltərəyə köçərək orada ailəsi ilə birlikdə yaşayır. Qeyd edək ki, sabiq nazirin oğlu Böyük Britaniyada təhsil alır. Fərhad Əliyevin həyat yoldaşı da uzun illərdir ki, Londonda oğlunun yanında yaşayır. Bu ölkənin qanunlarına görə, evi olan şəxsin İngiltərədə yaşaması üçün sığınacaq, xüsusən də siyasi sığınacaq almasına zərurət görülmür.Qeyd edək ki, F.Əliyev 2001-ci ildə iqtisadi inkişaf naziri təyin olunub. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində xidməti kabinetində həbs etdilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Rafiq Əliyev də 2005-ci ildə həbs olunub və məhkəmə onu 9 il azadlıqdan məhrum etmişdi.
BOLGEXEBER.COM