Bakıda 5 yaşlı qızı zorlayıb öldürən danışdı
30-05-2015, 17:05
Oxunub: 3 339
Ekspertiza cinayəti törədərkən Yakov Çernovun ayıq olduğunu müəyyən edib
Bakıda öldürülən 5 yaşlı Aişə Qələndərovanın qatlində ittiham edilən 32 yaşlı Yakov Çernov törətdiyi əməlini etiraf edib.
Xəzər rayon Prokurorluğunun müstəntiqi Pərviz Muradovun ans press-ə verdiyi məlumata görə, Yakov Çernov dindirilmə zamanı cinayəti törədərkən içkili olduğunu bildirib.
“Guya deyir ki, cinayəti törədənkən içkili olub. Lakin yalan deyir. Keçirilən tibbi ekspertiza müəyyən edib ki, Yakov Çernov hadisəni törədərkən sərxoş olmayıb. Ayıq başla və soyuqqanlılıqla uşağı öldürüb”.
Müstəntiq deyir ki, Yakov Çernov dindirilmə zamanı Aişə Qələndərovanı zorlamadığını deyib: Hazırda uşağın meyiti tibbi ekspertizadan keçirilir. Onun həqiqətən də zorlanıb-zorlanmadığı isə ekspertizanın rəyindən sonra məlum olacaq. Hələlik bu barədə nəsə demək tezdir”.
Pərviz Muradov onu da bildirib ki, qonşular Yakov Çernovu sakit və dinc insan kimi tanıyırmışlar.
Qeyd edək ki, dünən mayın 28-də Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı qızın meyiti tapılıb.
Onun meyiti elə yaşadığı məhlədən, qonşularının həyətində aşkarlanıb.
Qızın elə həmin həyətdə yaşayan qonşusu 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən qətlə yetirildiyi bildirilib.
Ehtimal olunur ki, qətlə yetirilən uşaq zorlanıb.
Çernov Viktoroviçi polis yaxalayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər