BolgeXeber.Com » Xəbərlər » “Eminlə nikahımızı pozmaq qərarına gəldim”- Leyla Əliyeva

“Eminlə nikahımızı pozmaq qərarına gəldim”- Leyla Əliyeva

30-05-2015, 21:40
Oxunub: 3 690 “Eminlə nikahımızı pozmaq qərarına gəldim”- Leyla ƏliyevaPrezidentin qızı Leyla Əliyeva rəsmən boşandığı haqda məlumat yayıb

Bolgexeber.com xəbər verir ki, Leyla Əliyeva bu haqda özünün rəsmi "İnstagram" səhifəsində yazıb: "Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq".

Onu da qeyd edək ki, Emin Ağalarov da öz instagram səhifəsində Leyla Əliyeva ilə olan fotosunu paylaşaraq bu sözləri yazıb:

"Hamınız bilirsiniz ki, bizim Leylayla münasibətimiz uzun illər rəsmi xarakter daşıyırdı. Bizdən çoxdan ayrı ölkələrdə yaşayırıq. Artıq rəsmən boşanmamızın zamanı gəlib çatıb. Biz dost olaraq qalırıq və uşaqlarımızı da birlikdə tərbiyə edirik".
Bolgexeber.com