"Makro Market"ə getməyin: kələk gəlirlər
26-08-2015, 13:44
Oxunub: 1 007
Vətəndaş nə az, nə çox 1150 manatlıq alver etməlidir
"Makro Market"in tətbiq etdiyi innovativ metodlar - müştəri elektron kartları (bonus, endirim kartları) müştərinin başında çatlayır.
Bolgexeber.com xəbər verir ki, "Makro Market"də isə bonus kartlarının faiz şərtləri bankların kredit kartlarının şərtlərindən daha ağırdır. Məsələn, adıçəkilən marketlər şəbəkəsi tərəfindən müştəriyə təqdim olunan kartın şərtinə marketdən edilən hər alış-veriş məbləğinin 1 faiz bonusu daxildir.
Beləcə, kartda məbləğ yığılır. İstehlakçı sonda həmin məbləğlə elektron kart kimi alış-veriş edir. İlk baxışdan əlverişli görünsə də, hər alış-veriş məbləğinin cəmi 1 faizinin bonus kimi hesablanması aşağı rəqəmdir.
Gundelik-baku.com yazıb ki, vətəndaş müştəri kimi adına rəsmiləşdirilən kartda 1 manat bonus yaranması üçün 100 manatlıq alış-veriş etməlidir. "Makro Market" supermarketlər şəbəkəsində tətbiq olunan digər kartla isə hər 10 manatlıq alış-verişin nəticəsi olaraq karta 1 xal yüklənir. Toplanan xalların məbləğinə uyğun sonda müştəriyə hədiyyə verilir. Hədiyyə paketinə isə ütü, fen, telefon, blender, tava, mobil telefon və sair əşyalar daxildir. Maraqlısı da odur ki, hədiyyə kimi paketlənən bu məhsullar adi dükanlarda daha ucuzdur. Məsələn, qiyməti 10-120 manat arasında dəyişən elektrik çaydanını hədiyyə kimi almaq üçün 115 bal tələb olunur. Yəni vətəndaş nə az, nə çox 1150 manatlıq alver etməlidir ki, sonda həmin hədiyyəyə sahib olsun. Bu isə bir daha onu təsdiqləyir ki, "Makro Market" "bonus oyunu" ilə müştərilərdən əlavə gəlir əldə edir. Yəni bunun istehlakçıya zərrə qədər də olsun faydası yoxdur.
"Makro Market"də isə informasiya təhlükəsizliyi qaydalarına əməl olunmur. Yəni adıçəkilən supermarketlər şəbəkəsində şəxsi məlumatların qorunması və istifadəsi qanunvericiliyə uyğun şəkildə həyata keçirilmir.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət