BolgeXeber.Com » Xəbərlər » “Prezidentin çıxışı son xəbərdarlıq da hesab oluna bilər”

“Prezidentin çıxışı son xəbərdarlıq da hesab oluna bilər”

16-10-2015, 12:59
Oxunub: 3 603 “Prezidentin çıxışı son xəbərdarlıq da hesab oluna bilər” Deputatlığa namizəd prezident İlham Əliyevin oktyabrın 12-də keçirilmiş Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirləri belə qiymətləndirib

52 saylı Quba şəhər seçki dairəsindən deputatlığa namizəd Əlabbas Məhərrəmov mətbuata açıqlamasında oktyabrın 12-də keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında prezident İlham Əliyevin çıxışını elan olunmuş iqtisadi kursa mane olan məmur təbəqəsinə açıq mətnli xəbərdarlıq olduğunu bildirib: “Prezident ötən müşavirələrdə olduğu kimi, Nazirlər Kabinetinin son iclasında da ölkədə monopoliyanın aradan qaldırılmasının vacibliyinə xüsusi diqqtə yetirdi və bu barədə fikirlərini kifayət qədər sərt formada ifadə etdi. Dövlət başçısının ölkədə monopoliyanın aradan qaldırılmasına əngəl olanlara, bu istiqamətdə verilən tapşırıqları yeriə yetirməyən məmur təbəqəsinə yönəlik “hövsələm yoxdur” ifadəsi ən açıq mətnli xəbərdarlıq kimi qiymətləndirilə bilər. Fikrimcə, prezidentin bu xəbərdarlığından nəticə çıxarmayanlar, ölkə iqtisadiyyatının tam liberallaşmasına və ədalətli rəqabət mühitinin formalaşmasına imkan verməyənlər, böyük ehtimalla, komandadan uzaqlaşdırılacaqlar. Ümumiyyətlə isə dövlət başçısının həmin müşavirədəki çıxışı qlobal iqtisadi böhran fonunda ölkə iqtisadiyyatının mövcud durumunun obyektiv qiymətləndirilməsi və perspektiv vəzifələrin müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Hər halda, bütün dövlət qurumları öz funksiyalarına uyğun olaraq, prezidentin çıxışında müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsində səylə çalışmalıdırlar”.
Bolgexeber.com