BolgeXeber.Com » Xəbərlər » Qida Sənayesi Kolleci rüşvətlə qidalanır

Qida Sənayesi Kolleci rüşvətlə qidalanır

19-10-2015, 17:16
Oxunub: 4 149 Qida Sənayesi Kolleci rüşvətlə qidalanırQida Sənayesi Kollecində rüşvət, yerlibazlıq, özbaşınalıq hökm sürür

Bolgexeber.com-un məlumatına görə, kollecin müəllimi Sulduz Musayev təhsil ocağında baş verənləri açıqlayıb.
Faktinfo.az yazıb ki, bu il kollecin müəllimi Musayev Sulduza dərs yükü verilmədiyindən tərəflər arasında narazılıq başlanıb.
Bir az sonra isə kollecin tədris işləri üzrə direktor müavini Sadıq Məmmədov öz tərəfdarları ilə birgə iclas keçirib. İqtisadiyyat fənnini tədris edən Musayev Sulduz Kamil oğlunun ixtisara salınıb, kollecdən kənarlaşdırılmasına dair qərar qəbul edilib.
Sadıq Məmmədov Musayev Sulduza hədə-qorxu yolu ilə ondan işdən çıxmasına dair ərizə yazmağı da tələb edib.

Sulduz Musayev ərizəni yazmasa da, müxtəlif dairələrə kollecdəki biabırçılıqları əhatə edən ərizələr yazıb. Məsələn, Sulduz Musayev yazır ki, kollecdə tədrisin keyfiyyəti sıfıra bərabərdir. Müəllimlər dərsə gəlməyən, oxumayan, semestr zamanı tədris proqramına əhatəli şəkildə cavab verməyən tələbələrə qiymət yazılmasına məcbur edilir.
Sadıq Məmmədov bu işlərin başında dayanıb, hər semestr kollecdə 200-300 min manat rüşvət yığır.

Kollecdə köhnə inzibati metodla idarəetmə hökm sürür. Kurs işləri arxivdəki sənədlərin üzü köçürülməklə tərtib edilir. Tələbələr təcrübədə olmur, təcrübə əvəzinə rüşvət verir. Savadlı, haqqını tələb edən müəllimlər işdən çıxarılır, rüşvət hesabına yeniləri işə qəbul olunur.
Dərsə gəlməyən və bir çox tələbələrin təqaüd kartlarının kollec rəhbərliyində olması şübhə doğurmur, işə çıxmayan “ölü canların” mövcudluğu, kollecdə inventarların alınmasında mənimsəmələr, kollecin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına ehtiyac olduğu bildirilir. Mövzunu diqqətdə saxlayacağıq.Qarşı tərəfi də dinləməyə hazırıq.