Tərtərdə ”Gənclərin seçki aktivliyinin yüksəldilməsi” mövzusunda tədbir keçirilib
19-10-2015, 19:05
Oxunub: 3 300
“Gənclər, seçkilərə! – cəbhə bölgəsində gənclərin seçki aktivliyinin yüksəldilməsi” mövzusunda tədbir keçirilmişdir
Oktyabırın 17-də “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər, seçkilərə! – cəbhə bölgəsində gənclərin seçki aktivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində Tərtər şəhər Gənclər Mərkəzində maarifləndirmə tədbiri təşkil etmişdir.
Rayon gənclərinin iştirakı ilə keçirilən tədbirdə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin təlimçiləri Fərhad Fəttahlı və Ceyhun Abbasov çıxış edərək, layihə haqqında məlumat vermiş, bildirmişlər ki, layihənin keçirilməsində əsas məqsəd cəbhəyanı rayonlarda yaşayan gənclər arasında demokratik seçki təbliğatı və maarifçilik işi aparmaqla demokratiyanın, vətəndaş cəmiyyətinin ümumi inkişafına nail olmaq, mülki cəmiyyətin, hüquqi dövlətin formalaşmasına kömək etmək, gənclərdə seçkilər haqqında geniş səpkili bilik və informasiyaların toplanmasına çalışmaq, onlarda seçki aktivliyini və mədəniyyətini formalaşdırmaq, seçkilərə olan etinasızlığının, absentizmin qarşısını almağa nail olmaqdır.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov çıxış edərək seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydalar, seçkidə müşahidəçi kimi iştirak etmək hüququ, müşahidəçilərin hüquq və vəzifələrindən danışıb, gəncləri noyabrın 1-də keçiriləcək parlament seçkilərində fəal olmağa çağırmışdır.
Tədbir iştirakçılarına mövzu ilə bağlı maarifləndirici materiallar və sertifkatlar paylamışlar.
Bolgexeber.com[center][/center]
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər